Bank Of Baku

Nahid Emiloğlu: “Rafet El Romanla Röyanın konserti anşlaqla keçəcək”

Nahid Emiloğlu: “Rafet El Romanla Röyanın konserti anşlaqla keçəcək”
# 06 sentyabr 2007 12:44 (UTC +04:00)
“Sentyabrın 19-da Yaşıl Teatr Bakı Konsert Kompleksində türkiyəli sənətçi Rafet El Romanın Röya ilə birgə verəcəyi konsertin biletlərinin satışı normal gedir. İnanıram ki, konsert anşlaqla keçəcək. Çünki həmin gün səhnədə iki lirik star çıxış edəcək. Onların yetərli qədər tamaşaçı auditoriyasına sahib olduğuna şübhə etmirəm”. Bu sözləri APA-ya konsertin təşkilatçısı “N.E.Organization”un rəhbəri Nahid Emiloğlu deyib. O bildirib ki, “İki star” adı altında gerçəkləşəcək konsertdə iştirak etmək üçün mətbuat nümayəndələri akkreditasiyadan keçməlidirlər. Rafet El Roman konsertdən bir gün əvvəl Bakıya gələcək və konsertin səhəri günü vətəninə dönəcək. Konsertin biletlərinin qiyməti 20-60 manatdır. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR