Bank Of Baku

Əbülfəs Qarayev Sverdlovsk vilayətinin nümayəndə heyətini qəbul edib

Əbülfəs Qarayev Sverdlovsk vilayətinin nümayəndə heyətini qəbul edib
# 06 sentyabr 2007 15:42 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Sverdlovsk vilayətinin nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibinə Sverdlovsk vilayəti hökumətinin sədr müavini Vladimir Vlasov, “Uralmaş” zavodunun baş direktorunun müavinləri Mixail Nefedov və Məmməd Vəliyev, Sverdlovsk Fialrmoniyasının direktoru Aleksandr Koloturski, onun müavinləri Natalya Ştern və Alla Petrova daxildir. Qonaqları salamlayan Ə. Qarayev bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ural Akademik Simfonik Orkestrinin konsertinin uğurla keçəcəyinə inandığını bildirib: “Ural Dövlət Simfonik Orkestrinin Azərbaycandakı çıxışının mədəniyyətimizin həyatında böyük bir hadisə olacağına inanıram. Çünki bütün Rusiyada ən səviyyəli sayılan kollektivlərindən biri olan orkestr həqiqətən müasir musiqilərin peşəkar ifaçılarıdır. Bu kollektivin repertuarında tək Rusiyanın bəstəkarlarının deyil, eyni zamanda Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri də səslənəcək”. Görüşdə çıxış edən Sverdlovsk vilayəti hökumətinin sədr müavini Vladimir Vlasov Azərbaycana səfərlərindən böyük məmnunluq hissi keçirdiyini deyib. O, gələcəkdə daha böyük layihələrə imza atmağı və qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanmasını azrulayıb. “Uralmaş” zavodunun baş direktor müavini Məmməd Vəliyev də bu səfəri yüksək qiymətləndirib. Görüşün sonunda qonaqlar mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə Ural bölgəsinin mədəniyyətini əks etdirən hədiyyələr təqdim ediblər. Qeyd edək ki, bu gün axşam Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filamroniyasında Ural Akademik Simfonik Orkestrinin konserti olacaq. Orkestrin bədii rəhbəri və dirijoru Boris Berezovski rəhbərlik edəcək. Konsertdə Qara Qarayevin və Sergey Raxmaninovun əsərləri ifa olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR