Bank Of Baku

Şəkidə keramika və heykəltəraşlıq üzrə I Beynəlxalq Simpoziuma hazırlıq işləri həyata keçirilib

Şəkidə keramika və heykəltəraşlıq üzrə I Beynəlxalq Simpoziuma hazırlıq işləri həyata keçirilib
# 10 sentyabr 2007 13:22 (UTC +04:00)
Sentyabrın 3-dən 10-dək Şəkidə keramika və heykəltəraşlıq üzrə I Beynəlxalq Simpoziuma hazırlıq işləri həyata keçirilib. Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev APA-ya açıqlamasında deyib ki, simpoziumun hazırlıq tədbirlərində və danışıqlarda İran və Gürcüstan rəssamları iştirak edib: “Simpoziumun 2008-ci ilin payızında həyata keçirilməsini qərara aldıq. Bir həftə ərzində 8 xarici ölkənin heykəltəraşları və keramika ustaları Şəkidə olacaqlar. Bu ölkələr sırasında Türkiyə, Rusiya, Gürcüstan, Bosniya, Türkmənistan və İran olacaq. Simpoziumun daha yüksək səviyyədə keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Mədəniyyətinin Dostları Fonduna müraciət edəcəyik”. Ə. Qarayev deyib ki, simpoziumda iştirak edəcək müxtəlif ölkələrin heykəltəraşlarının işlərindən ibarət kataloq və buklet də nəşr olunacaq. Həmin kataloqlar simpozium iştirakçılarına veriləcək: “Şəkidə qonaqlarla birgə bir sıra danışıqlar apardıq. Eyni zamanda Şəkinin tarixi yerləri ilə tanış oldular. Simpozium Şəki Parkında keçiriləcək. Simpoziumdan toplanacaq heykəltəraşlıq və keramika nümunələrindən ibarət muzey yaradılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR