Bank Of Baku

Bakıda Mövlana Cəlaləddin Ruminin 800 illik yubileyi münasibətilə konsert və beynəlxalq konfrans keçiriləcək

Bakıda Mövlana Cəlaləddin Ruminin 800 illik yubileyi münasibətilə  konsert və beynəlxalq konfrans keçiriləcək
# 11 sentyabr 2007 09:53 (UTC +04:00)
3-4 oktyabr tarixlərində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə Bakıda Mövlana Cəlaləddin Ruminin 800 illik yubileyi münasibətilə konsert və beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya ATİB-in mətbuat xidmətindən məlumat verilib. Tədbir 2007-ci ilin UNESCO-nun Baş Konfransının 63 saylı qətnaməsinin 33C saylı qərarı ilə böyük türk və islam mütəfəkkiri Mövlana Cəlaləddin Ruminin 800-cü ildönümü ilə əlaqədar “Mövlana ili” elan olunması əlaqədar Mövlananın 22-ci nəsil nəvəsi Faruk Çələbinin rəhbərlik etdiyi Beynəlxalq Mövlana Fondu, Konya şəhərinin Səlcuq Universiteti və Bakı Dövlət Universiteti ilə birgə həyata keçiriləcək. 3 oktyabrda ə Türkiyənin Konya şəhərinin Səlcuq Universitetinin Mövlana Araşdırma və Uyğulama Mərkəzinin Səma Qrupu Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Hamami-Zade İsmayıl Dədə Əfəndi tərəfindən bəstələnən “Hüzzam Mevlevi Ayini”ni tamaşaçılara təqdim edəcək. 4 oktyabrda isə Bakı Dövlət Universitetində “Mövlananı günümüzdə yaşamaq, yaşatmaq” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək. Adıçəkilən simpoziumda Beynəlxalq Mövlana Fondunun, Türkiyənin Səlcuq Universitetinin, Mərmərə Universitetinin, Kırıkkale Universitetinin, Süleyman Dəmirəl Universitetinin, Ankara Universitetinin alimləri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının və Bakı Dövlət Universitetinin bu mövzuda elmi tədqiqatlar aparan elm adamları da iştirak edəcəklər. Bu tədbirlər çərçivəsində ATİB tərəfindən Mövlana haqqında xüsusi broşürün və kitabın hazırlanması və nəşr edilməsi nəzərdə tutulur. Tədbirlərin baş sponsoru “Azercell” BM, sponsoru isə “AtaHoldinq” ASC-dir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR