Bank Of Baku

“Pəncərə” jurnalının təqdimat mərasimi keçirilib

“Pəncərə” jurnalının təqdimat mərasimi keçirilib
# 11 sentyabr 2007 16:42 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin orqanı olan “Pəncərə” jurnalının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açıq elan edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği üçün belə bir nəşrə ehtiyac olduğunu vurğulayıb. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, millət vəkili Vaqif Səmədoğlu, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, kinorejissor Oqtay Mirqasımov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla “Pəncərə” jurnalının yaradıcı kollektivinə uğurlar arzulayıblar. Qeyd edək ki, artıq 4 sayı işıq üzü görmüş jurnalın baş redaktoru Günel Anarqızıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR