Bank Of Baku

Azərbaycan 2008-ci ildə “Kannes lines” Beynəlxalq Reklam Festivalında təmsil olunacaq

Azərbaycan 2008-ci ildə “Kannes lines” Beynəlxalq Reklam Festivalında təmsil olunacaq
# 13 sentyabr 2007 10:51 (UTC +04:00)
Azərbaycanda “Kannes lines” (Kann şirləri) Beynəlxalq Reklam Festivalının nümayəndəliyi yaradılıb. Bu barədə APA-ya festivalın Azərbaycandakı nümayəndəsi, professor Cahid Həsənov məlumat verib. Onun sözlərinə görə, 2008-ci ildə Kannda keçiriləcək festivalda ölkəmiz də təmsil oluna biləcək: “Uzun sürən danışıqlardan sonra dünyada böyük nüfuza malik olan “Kann şirləri” Beynəlxalq Reklam Festivalının Azərbaycanda nümayəndəliyi yaradıldı. İldə bir dəfə keçirilən bu festival Fransanın Kann şəhərində gerçəkləşir və baş qərargahı Londonda yerləşir”. C. Həsənov deyib ki, sentyabrın sonunda nümayəndəliyin təqdimetmə mərasimi keçiriləcək. Tədbirə Azərbaycanın reklamverici şirkətləri, reklam agentlikləri, reklam istehsalçıları və reklam aktyorları dəvət olunacaq: “Kann festivalı 54 ildir keçirilir. Əvvəlcə kinofestival kimi təsis olunmuşdu. Film festivalı çərçivəsində reklam çarxları da verilirdi. 1967-ci ildən festival daimi olaraq Kannda keçirilməyə başladı. Artıq hər il film festivalı qurtardıqdan sonra reklam festivalı keçirilir. Bu festivalda açıq hava reklamından tutmuş reklam çarxına qədər müxtəlif nominasiyalar var. 2007-ci il ərzində Kanna dünyadan 25 min ədəd iş təqdim olunub. Nominasiyalarla yanaşı, 40-a yaxın seminar, elmi konfrans keçirilir. Azərbaycanda reklamla məşğul olmaq istəyən şirkət festivalın gənc kleativlər bölməsinə müraciət edir və nümayəndə gedib festivalda kurslar da keçə bilər. Reklamla məşğul olanlar bu sahəni yetərincə bilmədikləri üçün deyirlər ki, “bizdə bahalı reklam yoxdur, bu reklamlarla da festivala gedə bilmirik”. Əslində bu bir bəhanədir. Ötən il 10 milyon dollara çəkilən reklam orada mükafat almadı, Belarusdan 15 min dollara çəkilən reklam qızıl mükafata layiq görüldü”. C. Həsənov gələn il mayın 10-na kimi Azərbaycanın müxtəlif reklamlar təqdim edəcəyini və oktyabrın 29-31-də Londonda festivalla bağlı keçiriləcək toplantıda iştirak edəcəyini bildirib: “Həmin festivalın nümayəndəliyinin fəaliyyət göstərdiyi 51 ölkənin nümayəndəsi iştirak edəcək. Dünyanın 50 ölkəsində bu nümayəndəlik fəaliyyət göstərirdi, biz 51-ci və Qafqazda ilk ölkəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR