Bank Of Baku

Dövlət büdcəsindən ayrılan vəsait hesabına çəkiləcək bədii və sənədli filmlər Ekspert Şurası tərəfindən seçiləcək

Dövlət büdcəsindən ayrılan vəsait hesabına çəkiləcək bədii və sənədli filmlər Ekspert Şurası tərəfindən seçiləcək
# 13 sentyabr 2007 11:42 (UTC +04:00)
Bu ildən etibarən Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsait hesabına çəkiləcək bədii və sənədli filmlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təyin olunmuş Ekspert Şurası tərəfindən seçiləcək. Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin filmlərin istismarı və təbliği sektorunun müdiri Yusif Şeyxov deyib. O bildirib ki, tanınmış kino xadimlərinin təmsil olunduğu Ekspert Şurasına artıq bir neçə bədii və sənədli film təqdim olunub. Ssenarilərin sentyabrın sonuna kimi təqdim olunacağını deyən Y. Şeyxov 2008-ci ildə istehsal olunacaq sənədli və bədii filmlərin siyahısının oktyabrda məlum olacağını deyib: “Seçim zamanı filmlərdə bədii dəyərə üstünlük veriləcək. Ekspert Şurasına təqdim olunacaq ssenarilərdə filmə sərf olunacaq xərclər, filmin rejissoru göstərilməlidir. Eyni zamanda rejissor filmi hansı formada çəkəcəyi və filmi necə görmək istədiyi barədə məlumat verməli, prodüserlərin şərhləri də yer almalıdır”. Y. Şeyxovun sözlərinə görə, bu ildən etibarən ənənəvi olaraq hər il istehsal olunacaq filmlərin ssenariləri Ekspert Şurası tərəfindən seçiləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR