Ozan Arif: “Hələ də Xocalıda törədilən soyqırımın fotolarına baxa bilmirəm”
APA: Hrant Dink öldürüləndə Türkiyədə on minlərlə insan “Hamımız Hrantıq, hamımız erməniyik” şüarını səsləndirdi, lakin onlara bir qrup millətçidən başqa heç kim reaksiya vermədi...
İsmayıl Türüt: Mənim hələ də anlaya bilmədiyim bir şey var. Mitinqlərdə “Hamımız erməniyik” yazılmış çoxlu şüar vardı. Bu, bir gecədə yazılan şey deyildi, sanki əvvəlcədən hazırlanmışdı. Mən o vaxt da narahat olmuşdum, indi də narahatam. Mən bir insanın öldürülməsini doğru saymıram. Bizim inancımız buna icazə vermir. Allahın verdiyi canı Allah ala bilər. Türkiyənin çörəyini yeyib, türkə yuxarıdan baxan o jurnalistin bizləri alçaldan və təhqir edən sözləri var. O sözlər də məni çox narahat etmişdi. Onu sevməsəm də, öldürülməsini sevinclə qarşılamadım. İndi Hrant Dinkin adamları bizim “Qara dənizdə” mahnımızı və mahnıya çəkilmiş klipi fərqli nöqteyi-nəzərdən dəyərləndirməyə çalışırlar. Ustad Ozan Arif və mən ömrümüz boyu separatçılığa qarşı mübarizə apardığımız halda, bizi separatçılıqda ittiham etməyə çalışırlar. Mən hal-hazırda xalqın gözündə deyil, onların gözündə separatçıyam. Bu işləri görənlər isə pula işləyən jurnalistlərdir kim pul versə, onu tərifləyirlər. Yaxın Şərqdə hər gün minlərlə insan ölür o məsələ heç kimin diqqətini cəlb etmir. İndi məni canımdan çox sevdiyim vətənimdə qonaq kimi göstərməyə çalışırlar.
APA: Sizə və Ozan Arifə qarşı bu hücumların səbəbi nədir?
İsmayıl Türüt: Bu cür məsələlərə həssas olan bizim kimi sənətkarlar bəzən belə hücumlara məruz qalırlar. Sənətkar olub türklüyünə və müsəlmanlığına sahib çıxanda, ölkənin ərazi bütövlüyünü müdafiə edəndə, əsgəri, polisi sevəndə bu cür hücumlara hazır olmalısan. Mənim vecimə də deyil, mən bu mahnını oxumuşam burada nə var ki? Hər gün bu vətən üçün şəhid olan qəhrəmanlarımızla bağlı köşə yazarları iki sətir də yazmazlar. Bu ölkədə sənin, mənim vergimlə yaşayıb, dövlətin bölünməz bütövlüyünə qarşı çıxanlar var. Diyarbəkir bələdiyyə başqanı deyir ki, baş nazir buranı ala bilməz. Hrant Dinkin həyat yoldaşı məhkəmədə Türkiyənin ədliyyə sistemi ilə bağlı ağzına gələni danışdı. İndi artıq separatçıları dağda axtarmağa ehtiyac yoxdur parlamentə baxıb separatşıları görə biıərlər. Separatçı bir millət vəkili ordunu separatçı fəaliyyətdə günahlandırır. Ozan Arif bir şer yazdı, mən də oxudum, insanlar da bəyəndi. Ömrümün son gününə qədər o şerlə qürur duyacağam. O, indiyə kimi oxuduğum ən yaxşı əsərlərdən biridir. Məndən soruşdular ki, “Qara dənizdə” mahnısını oxumaqdan peşmansanmı? Cavabım “Qətiyyən” oldu. 40 başım olsa, hamısını da kəssələr, oxuduğum mahnının bir hərfindən də narahat deyiləm.
APA: Ozan Arif, son şeriniz böyük hay-küyə səbəb olub...
Ozan Arif: Türkiyədə baş verən proseslər ağıl və məntiqə sığmır. Dünyada elə bir ölkə yoxdur ki, ona xəyanət edən, onun varlığına sui-qəsd edən beyinləri öz köksündə yaşatsın. Mən Avropada yaşayıram, burada əgər hər hansı bir dövlətin varlığı ilə bağlı hər hansı iş görsəniz, yox olarsınız. ABŞ və Rusiyada da belədir. Türkiyədə isə ölkəni yox etmək istəyənlərə hörmət edilir, dövlətin varlığını müdafiə edənlər isə təhqir və təhdidlərə məruz qalır.
APA: Bu məsələdə cəmiyyət nə dərəcədə günahkardır?
Ozan Arif: Cəmiyyəti günahlandırmasaq da, toplumun həssas damarlarında bir çürümə prosesi getdiyini etiraf etməliyik. Cəmiyyəti milli dəyərlərdən uzaqlaşdırmaq üçün ciddi-cəhdlə çalışırlar. Din, dil birliyimizi və tarix şüurumuzu kütləşdirmək istəyirlər. Mən yazmışam ki, “Vətən satsa bir kişi, anında bitər işi”. Bu, dünyanın hər yerində belədir. Kim vətənini satsa, o ölkədə yaşaya bilməz. Bunu söyləməkdən normal nə var ki? Bu klip internetdə yayımlanandan sonra Qurani-Kərimin hər səhifəsinə and içərək bizi söyürlər.
APA: Hər ikiniz Azərbaycanda sevilən sənətçilərsiniz. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə və Xocalıda soyqırımı törətməsinə baxmayaraq dünya buna göz yumur. Yəni, erməni hər yerdə haqlıdırmı?
İsmayıl Türüt: Ermənilər Xocalıda soyqırımı törədənədə mən bir ağı yazmışdım. Amma hələ də oxuya bilməmişəm....
Böyük Rusiya dağıldı
Her kes bir dövlet qurdu
Bu kafir ermeniler
Azerbaycanı vurdu.
Bunun davamı da var. Hələ də kasetimə daxil edə bilmədiyimə görə içim yanır.
Ozan Arif: Çox yerində verilmiş sualdır. Xocalı soyqırımı törədilən zaman küçələrə çıxıb “hamımız Azərbaycan türküyük” deyən oldumu? Mən hələ də Xocalıda törədilən soyqırımın fotolarına baxa bilmirəm insan belə cinayət törədə bilməz. Heç bi barədə danışan yoxdur, əksinə soyqırımını alqışlayanlar var.
İsmayıl Türüt: Hal-hazırda Türkiyədə türkə qarşı hücum var. Köşələri, qələmləri, qəzetləri olan bəzi adamlar bu işlərlə məşğuldur. Mənim əleyhimə yazanlar gəlsinlər, çıxaq küçələrə, camaat arasında sorğu keçirək. Əgər onlara 10 nəfər belə haqq versə, mən istanbulu tərk edərəm.
APA: Agentliyimiz vasitəsilə Azərbaycan xalqına vermək istədiyiniz mesajlar varmı?
İsmayıl Türüt: Azərbaycanı və azərbaycanlı qardaşlarımı çox sevirəm. Azərbaycana getməyi, konsert verməyi çox istəyirəm. Azərbaycan həmişə mənim qəlbimdədir, ora gedəndə bir neçə konsert verəcəyəm. Bütün türk dünyasını gəzmək istəyirəm. Heydər Əliyev demişkən: “Bir millət, iki dövlət”. Yeni kasetimə Xocalı soyqırımı zamanı yazdığım ağını daxil edəcəyəm.
Ozan Arif: Harada bir türk övladı varsa, oraya bizdən salam olsun. Biz baş verən proseslərdən ibrət dərsi almasaq, başımıza corab hörəcəklər. Ona görə də türklər hamısı əlbir olmalıdır. Bilmirəm, bizim nəsil bunu bacara biləcəkmi? Ancaq gələcək nəsillərin bu məqsədə çatacağına inanıram. /APA/
Söz: Ozan Arif
İfa: İsmayıl Türüt
Plan yapmayın, plan, gitmez Karadeniz”™de
Kahpelik, yalan-dolan, tutmaz Karadeniz”™de
Ne Conisi, ne rusu, pusu kurmasın,pusu
Bölücülük borusu ötmez Karadeniz”™de
Bırakın çan çalmayı,ermenici olmayı
Millet böyle dolmayı, yutmaz Karadeniz”™de
O gün öyle desinler, bugün böyle desinler
Fatihalar,Yasinler bitmez Karadeniz”™de
Şerefini-şanını, ortaya kor canını
Hiç kimse vatanını satmaz Karadeniz”™de
Vatan satsa bir kişi, anında biter işi
Türk ve İslam güneşi batmaz Karadeniz”™de
Bizde varken bu duruş, emicemiz olsa Buş
Alayınız beş kuruş, etmez Karadeniz”™de
Anladık var öcünüz, belli kuyruk acınız
Kargaşaya gücünüz yetmez Karadeniz”™de
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb
Lənkəranda yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB