Bank Of Baku

Azərbaycanda Milli Musiqi Günü qeyd olunub

Azərbaycanda Milli Musiqi Günü qeyd olunub
# 18 sentyabr 2007 15:49 (UTC +04:00)
Tədbir iştirakçıları bu gün doğum günü olan Azərbaycanın iki böyük bəstəkarının Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, eləcə də sabiq prezident Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Bakı Musiqi Akademiyasının binasının təmiri ilə əlaqədar bu il Milli Musiqi Gününün açılış mərasimi İncəsənət Muzeyinin qarşısında keçirilib. Tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev açaraq, 18 sentyabrın Azərbaycan ictimaiyyəti üçün xüsusi bir gün olduğunu bildirib: “Azərbaycan musiqi mədəniyyəti anlayışını Üzeyir bəyin adı olmadan təsəvvür etmək çətindir”. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi çıxış edərək, Üzeyir bəyin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Tədbir Üzeyir Hacıbəyovun musiqisi ilə davam etdirilib.
Qeyd edək ki, Milli Musiqi Günündə Üzeyir bəyin ev muzeyinin əlavə korpusunun açılış mərasimi, Akademik Milli Dram Teatrında onun “Ər və arvad” tamaşasının motivləri əsasında hazırlanan “Təzə gəlin” tamaşasının premyerası keçirilib. Bu gün həm də Akademik Opera və Balet Teatrı “Koroğlu” operası ilə yeni mövsümünə başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR