Bank Of Baku

Bu il Naxçıvanda 35 mədəniyyət müəssisənin fəaliyyəti dayandırılıb

Bu il Naxçıvanda 35 mədəniyyət müəssisənin fəaliyyəti dayandırılıb
# 19 sentyabr 2007 14:04 (UTC +04:00)
Bu il Naxçıvan MR-də 35 mədəniyyət müəssisəsinin fəaliyyəti dayandırılıb. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, fəaliyyəti ləğv edilən müəssisələrin 20-si klub, 15-i kitabxanadır. Nazirlikdən bildiriblər ki, cari ildə Muxtar Respublikanın kitabxana, klub və mədəniyyət evlərində maddi-texniki bazasının araşdırılması, kadr seçimi ilə tanışlıq məqsədilə yoxlamalar təşkil olunub. Nəticədə 702 klub işçisindən 596 nəfəri, 451 kitabxana işçisindən 291-nin orta təhsilli olması müəyyənləşib. Bununla bağlı 20 nəfər kitabxana, 41 nəfər klub işçisi işdən azad edilib.
Nazirlik yoxlamalar nəticəsində bəzi müəllimlərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması ilə bağlı faktlar da aşkar edib. Nəticədə 20 müəllim ikinci iş yerindən azad edilib, 29 nəfərin isə dərs yükü azaldılıb. Belə yoxlamaların növbəti aylarda da təşkil olunacağı bildirilir. Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasında 100 klub və 105 mədəniyyət evi fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR