Bank Of Baku

Müəllif Hüquqları Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatına və “ORT” telekanalına etiraz məktubu göndərib

Müəllif Hüquqları Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatına və “ORT” telekanalına etiraz məktubu göndərib
# 19 sentyabr 2007 15:51 (UTC +04:00)
Sentyabrın 15-də Rusiyanın “ORT” telekanalında “Ulduzlar buz üzərində” (“Zvyozdı na ldu”) layihəsi çərçivəsində həyata keçirilən “Buz dövrü” proqramında Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısının erməni musiqisi kimi qələmə verilməsi ilə bağlı Azərbaycan Müəllif Hüquqları Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatına və “ORT” telekanalına etiraz məktubu göndərib. Bunu APA-ya açıqlamasında Azərbaycan Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənli deyib. O bildirib ki, ermənilərin növbəti oğurluğu ilə bağlı həm də Azərbaycanın Rusiyadakı səfirliyinə məktub göndərilib: “Tofiq Quliyevin bu mahnısı Rəşid Behbudovun ifasında Rusiya Federasiyasının Film Fondunda yer alıb. Ola bilməz ki, rusiyalılar Rəşid Behbudovun ifasında olan bu məşhur mahnını eşitməsinlər”. Telekanalın məsələ ilə bağlı Azərbaycanın musiqi ictimaiyyətindən üzr istəməli olduğunu qeyd edən X. Həsənlinin sözlərinə görə, əgər Rusiya tərəfi heç bir tədbir görməsə, onda Azərbaycan səfirliyi məhkəmə vasitəsilə iddia qaldıra bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR