Bank Of Baku

Sentyabrın 22-30-da rəssam Sara Manafovanın xatirəsinə həsr olunmuş sərgi keçiriləcək

Sentyabrın 22-30-da rəssam Sara Manafovanın xatirəsinə həsr olunmuş sərgi keçiriləcək
# 22 sentyabr 2007 10:00 (UTC +04:00)
Bu gün rəssam Sara Manafovanın xatirəsinə həsr olunmuş “Abşeron” Rəsm Qalereyasının kolleksiyasından 40 qrafik kompozisiya” adlı sərginin açılışı keçiriləcək. Qalereyanın direktoru Eldəniz İbrahimov APA-ya bildirib ki, sərgilənən əsərlərin bir çoxu müxtəlif illərdə çəkilib. Qalereya rəhbərinin sözlərinə görə, sərgidə 37 qrafika ustasının, həmçinin S.Manafovanın əsərləri yerləşdirilib: “Onların bir hissəsi Mikayıl Abdullayev, Baba Əliyev, Svetlana Vlasova, Sara Manafova, Ənvər Əliyev dünyalarını dəyişiblər. Qocaman nəsli xalq rəssamları Altay Hacıyev, Mais Ağabəyov, Kamil Nəcəfzadə, Əlisəttar Səlimov təmsil edir. Ekspozisiyada orta nəslə mənsub olan tanınmış rəssamlarımız Arif Hüseynov, Siruz Mirzəzadə, Nüsrət Hacıyev, Ədalət Bayramov, Adil Rüstəmov, Mais Əliyev, Hüseyn Haqverdiyev, Firdovsi Atayev, İrina Kostina, Aydın Tağıyev, Tofiq Qəzənfər və başqaları var”.
E.İbrahimov qeyd edib ki, sərgidə hər kəsin rənkgarlıq ustası kimi tanıdığı Baba Əliyevin quaşla işlənmiş “Məhsul bayramı” qrafik əsəri də nümayiş etdiriləcək.
Sərgi sentyabrın 30-dək davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR