Bank Of Baku

“Azərbaycan və Norveç muzeyləri arasında əlaqələr” adlı saziş imzalanıb

“Azərbaycan və Norveç muzeyləri arasında əlaqələr” adlı saziş imzalanıb
# 24 sentyabr 2007 13:53 (UTC +04:00)
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Norveçin Stavanger şəhərinin Arxeologiya Muzeyinin direktoru Harald Yakobsen və muzeyin meneceri Anna Kari Skaarı qəbul edib. APA-nın xəbərinə görə, Norveçin Stavanger şəhərinin Arxeologiya Muzeyinin nümayəndə heyətinin sentyabrın 23-dən Azərbaycana səfəri başlayıb. “Azərbaycan və Norveç muzeyləri arasında əlaqələr” adlı səfərin əsas məqsədi qarşılıqlı əməkdaşlığa dair müqavilənin imzalanmasıdır. Azərbaycanla Norveç arasında sıx mədəni əlaqələrin mövcud olduğunu bildirən mədəniyyət və turizm naziri Ə. Qarayev məhz Norveçin köməyi ilə İçərişəhər və Qobustan tarixi abidələrinin UNESCO-nun Mədəni irs siyahısına salınmasını yada salıb: “Bu əməkdaşlıq müqaviləsi Azərbaycan və Norveç muzey işçiləri arasında əlaqə yaratmaq məqsədi daşıyır”. Norveçin Stavanger şəhərinin Arxeologiya Muzeyinin direktoru Harald Yakobsen çıxış edərək, keçirilən sərgilərin və görüşlərin əməkdaşlığa dair ilkin addım olduğunu və qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə çalışdıqlarını bildirib. Görüşdən sonra “Azərbaycan və Norveç muzeyləri arasında əlaqələr” adlı saziş imzalanıb. Sazişə əsasən, ilkin olaraq bu ilin payızında Bakıda hər iki ölkənin muzey işçilərinin iştirakı ilə I seminar keçiriləcək. 2008-ci ildə isə müvafiq olaraq II seminarın Osloda keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR