Bank Of Baku

Türkiyənin mədəniyyət və turizm naziri Bakıya gələcək

Türkiyənin mədəniyyət və turizm naziri Bakıya gələcək
# 24 sentyabr 2007 14:45 (UTC +04:00)
Sentyabrın 27-29-da Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay Bakıda səfərdə olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, nazirin səfəri sentyabrın 26-dan 28-nə kimi Bakıda keçiriləcək Almas İldırım günlərində iştirak etməkdir. Ə. Günay səfər zamanı sentyabrın 28-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcək, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək, Dövlət İncəsənət Muzeyi, Qız qalası, Şirvanşahlar Sarayına gedəcək. Həmin gün axşam Ə. Günay Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək Almas İldırımın 100 illik yubiley tədbirində iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR