Bank Of Baku

Əbülfəs Qarayev Gürcüstana gedir

Əbülfəs Qarayev Gürcüstana gedir
# 24 sentyabr 2007 15:13 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sabah Gürcüstana yola düşəcək. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə nazir özü məlumat verib. Tiflis şəhərində keçiriləcək turizmlə bağlı böyük konfransda iştirak edəcəyini deyən nazir Dünya Turizm Təşkilatının baş katibi ilə görüşünün nəzərdə tutulduğunu da söyləyib: “Bu konfrans çərçivəsində Azərbaycanın təqdimatı keçiriləcək. Səfər zamanı həm də yenicə balansımıza verilmiş Cəlil Məmmədquluzadə və Nəriman Nərimanovun ev muzeylərinin vəziyyəti ilə tanış olacaq və Gürcüstanın Mədəniyyət Nazirliyi ilə danışıqlar aparacağam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR