Bank Of Baku

Valeri Leontyev Bakıda konsert verəcək

Valeri Leontyev Bakıda konsert verəcək
# 24 sentyabr 2007 15:45 (UTC +04:00)
Rusiyanın tanınmış estrada ulduzu Valeri Leontyev Bakıda konsert verəcək. Bu barədə APA-ya konsertin təşkilatçısı “Emin Şahin production”un rəhbəri, bəstəkar Emin Şahin məlumat verib. O bildirib ki, konsert gələn ilin yanvarında “Gülüstan” Sarayında baş tutacaq: “Artıq konsert üçün danışıqlarımız baş tutub. Gününü təyin etməsək də, məkanını razılaşdırmışıq. Konsert üçün biletlərin qiymətini hələ müəyyənləşdirməmişik”. E. Şahin əlavə edib ki, onun təşkilatçılığı ilə daha bir layihənin həyata keçirilməsi planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR