Bank Of Baku

Bakıda “Mədəniyyət - sivilizasiya inkişafının aparıcı qüvvəsi kimi” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək

Bakıda “Mədəniyyət - sivilizasiya inkişafının aparıcı qüvvəsi kimi” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək
# 26 sentyabr 2007 08:15 (UTC +04:00)
Sentyabrın 29-da Azərbaycan Biznes Mərkəzində “Mədəniyyət - sivilizasiya inkişafının aparıcı qüvvəsi kimi” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək. Seminar “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti və Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq. Bu barədə APA-ya “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidenti, professor Fuad Məmmədov məlumat verib. Seminar çərçivəsində “Mədəniyyət və Azərbaycanda davamlı insan inkişafı” mövzusunda fəlsəfə elmləri doktoru Sakit Hüseynov çıxış edəcək. Professor Fuad Məmmədovun aparıcılığı ilə baş tutacaq dəyirmi masada “Mədəniyyət sivilizasiya inkişafının aparıcı qüvvəsi kimi” mövzusunda çıxışlar olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR