Bank Of Baku

Naxçıvanlı rəssamlar beynəlxalq festivalda “Qızıl sikkə” mükafatına layiq görülüb

Naxçıvanlı rəssamlar beynəlxalq festivalda “Qızıl sikkə” mükafatına layiq görülüb
# 27 sentyabr 2007 08:42 (UTC +04:00)
İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində XIV Canlandırma İncəsənət Festivalı başa çatıb. Naxçıvan MR Rəssamlar Birliyindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, festivalda 10 ölkədən 145 nəfər rəssam iştirak edib. 5 gün davam edən ənənəvi festivalda ölkəmizi Azərbaycan Rəssamlar Birliyinin üzvü Sabir Məmmədovun rəhbərliyi altında 6 rəssam təmsil edib. Onlarda 4-ü Bakıdan, 2-si Naxçıvandan olub. Naxçıvan Dövlət Universitetinin məzunu Anar Əliyev və Natiq Əliyev beynəlxalq festivalda “Qızıl sikkə” mükafatına layiq görülüb. Daha 2 nəfər - Cavid İsmayılov və Arzu Novruzov uğurlu işlərinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, XIV Canlandırma İncəsənət Festivalı hər il keçirilir. Festivala rəngkarlıq, qrafik, heykəltəraşlıq, karikatura və miniatür janrlarında əsərlər təqdim olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR