Bank Of Baku

AMEA prezidenti Almas Yıldırım günləri ilə əlaqədar Bakıya gələn Türkiyə nümayəndə heyətini qəbul edib

AMEA prezidenti Almas Yıldırım günləri ilə əlaqədar Bakıya gələn Türkiyə nümayəndə heyətini qəbul edib
# 27 sentyabr 2007 10:41 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Almas İldırım günləri çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, görüşdə akademiklər Bəkir Nəbiyev, Ağamusa Axundov, AMEA-nın xarici əlaqələr şöbəsinin müdiri Mustafa Bağırov da iştirak ediblər. Mahmud Kərimov AMEA-nın strukturu haqqında məlumat verərək, bu qurumun tərkibində 40-dan çox tədqiqat institutu, muzey və botanika bağlarının birləşdiyini bildirib. Türkiyə Bilimlər Akademiyası ilə sıx elmi əməkdaşlıq etdiklərini xatırladan M. Kərimov birgə əməkdaşlığın bundan sonra da davam ediləcəyini vurğulayıb. Elazıq şəhərinin valisi Muammer Muşmal, bələdiyyə başqanı Mehmet Süleyman Süleymanoğlu, Firat Universitetinin rektoru Mehmet Hamdi Muz, Almas İldırımın oğlu Azər Almas çıxış edərək, Almas İldırımın vəfatından sonra belə iki ölkənin qardaşlaşmasına, birgə fəaliyyətinə xidmət göstərdiyini bildiriblər. Türkiyənin hökumət adamları, elm və mədəniyyət xadimlərindən ibarət olan nümayəndə heyəti ilə bu gün AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da görüş keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR