Bank Of Baku

Əbülfəs Qarayev: “Erməni təcavüzkarlarının əsas məqsədi Azərbaycanın mədəni irsini dağıtmaqdan ibarətdir”

Əbülfəs Qarayev: “Erməni təcavüzkarlarının əsas məqsədi Azərbaycanın mədəni irsini dağıtmaqdan ibarətdir”
# 27 sentyabr 2007 14:46 (UTC +04:00)
“İşğal altında qalmış torpaqlarda Azərbaycan tarixinə və mədəniyyətinə məxsus olan müəssisə və ya muzeyin normal vəziyyətdə işini davam etdirə biləcəyini heç kim gözləməsin. Bu, mümkünsüz bir şeydir. Təcavüzkarların əsas məqsədi məhz Azərbaycanın mədəni irsini dağıtmaqdan və mədəni irsimizə xələl gətirməkdən ibarətdir”. APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bir neçə mədəniyyət müəssisəsi Bakıda və soydaşlarımızın məskunlaşdığı yerlərdə fəaliyyətlərini davam etdirirlər: “Cəbrayıl rayonunun muzeyi bu gün Muzey Mərkəzində öz fəaliyyətini davam etdirir. Bununla biz onların fəaliyyətinin dayanmamağına nail oluruq. Lakin müəssislərin özləri olduqca pis vəziyyətdədir və ziyalılar da Qarabağa səfərləri zamanı bunun şahidi olublar. Bu, Azərbaycanın ərazi bütövlüyü bərpa olunana kimi və mədəniyyət ocaqların bərpası ilə bağlı Azərbaycan dövlətinin xüsusi proqramı qəbul olunmayana kimi davam edəcək. Biz siyasi qərarları gözləmək məcburiyyətindəyik”. Əbülfəs Qarayev pis vəziyyətdə olan və dağıdılan mədəni irsimiz haqqında dünyaya lazımi məlumatları çatdırdıqlarını deyib: “Bunlarla bağlı biz müxtəlif kitablar da buraxdırırıq. Biz Dağlıq Qarabağı Azərbaycanın perspektivdə olan turizm istiqamətlərindən biri hesab edirik və bu məsələ artıq nazirliyin kollegiyasında təsdiq olunub. Azərbaycanda turizmin inkişafına dair proqramların hamısında Dağlıq Qarabağ məhz bu istiqamət kimi göstərilməkdədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR