Bank Of Baku

Əbülfəs Qarayev: “Olimpiya Oyunlarına namizədliyimizlə bağlı nazirliyimiz üzərinə düşən bütün layihələri həyata keçirəcəkdir”

Əbülfəs Qarayev: “Olimpiya Oyunlarına namizədliyimizlə bağlı nazirliyimiz üzərinə düşən bütün layihələri həyata keçirəcəkdir”
# 27 sentyabr 2007 15:06 (UTC +04:00)
“Dövlət başçısının 2016-cı ildə Azərbaycanda Olimpiya Oyunlarına namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə sərəncamı bu işə çox ciddi yanaşılmasından xəbər verir. Sözsüz ki, Mədəniyyət və Turizm Nazirliyinin öhdəsinə düşəcək bütün layihələr həyata keçiriləcək. Bu, turizm strukturunun genişləndirilməsi, infrastrukturun yaxşılaşması deməkdir”. Bu açıqlamanı APA-ya mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazirin sözlərinə görə, bu layihə həyata keçirilənə kimi bir çox mədəniyyət ocaqları yeniləcək və yeni muzeylər tikiləcək: “Bu vaxtdan səmərəli istifadə etmək lazımdır və davamlı, təyinatlı iş aparmaq lazımdır. Bu layihənin həyata keçirilməsi ilə bağlı yaradılan işçi qrupu tərəfindən təkliflər hazırlanacaq və yəqin ki, dövlət proqramı qəbul olunacaq. Bu işlə bağlı nazirliyimiz mədəniyyət və turizm sahəsinə cavabdehdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR