Bank Of Baku

Azərbaycan Bəstəkarlar İttifaqı Hökumət Evinə köçür

Azərbaycan Bəstəkarlar İttifaqı Hökumət Evinə köçür
# 28 sentyabr 2007 08:49 (UTC +04:00)
Uzun müddət “Səadət” Sarayının binasında fəaliyyət göstərən Azərbaycan Bəstəkarlar İttifaqı Hökumət Evinə köçür. Bunu APA-ya açıqlamasında ittifaqın katibi, xalq artisti Ramiz Zöhrabov deyib. O bildirib ki, ittifaq müvəqqəti olaraq Hökumət Evinin 10-cu mərtəbəsində fəaliyyət göstərəcək. Daha sonra ittifaqın əvvəllər fəaliyyət göstərdiyi Xaqani-27 ünvanına (əvvəllər Türkiyə səfirliyinin yerləşdiyi bina) köçmək ehtimalı var: “İki gündür ki, köçməyə başlamışıq. Gələn həftədən artıq Hökumət Evində fəaliyyət göstərəcəyik. Hökumət Evinin 10-cu mərtəbəsində bizə 8 otaq verilib”. R. Zöhrabov onu da deyib ki, bu yer onlara Nazirlər Kabineti tərəfindən verilib: “Türkiyə səfirliyinin yerləşdiyi binada əvvəllər biz fəaliyyət göstərmişik. O binanın yenidən bizə verilməsi gözlənilir, ancaq bununla bağlı sərəncam verilməyib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR