Bank Of Baku

Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay: “İlk xarici səfərimi Azərbaycana edirəm”

Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay: “İlk xarici səfərimi Azərbaycana edirəm”
# 28 sentyabr 2007 10:48 (UTC +04:00)
“Mən Türkiyə xaricinə ilk səfərimi dost və qardaş Azərbaycana edirəm. Bu gün Azərbaycanda olmaqdan böyük bir həyəcan, sevinc duyuram. Azərbaycanda doğulan və Türkiyədə yaşayan şair Almas İldırımın 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə indi burdayam. Bu toplantı ölkələrimiz haqqında olan tarix, tale birliyinin, mədəniyyət birliyinin gözəl bir nümunəsidir”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay bu gün Mədəniyyət Nazirliyində jurnalistlərə açıqlamasında deyib. Mədəniyyət sahəsindəki münasibətləri genişləndirərək, hər iki ölkə arasındakı qardaşlığı, yaxınlığı qarşıdakı illərdə artırmağa çalışacağını bildirən nazir mədəniyyət bağlarının daha etibarlı olduğunu bildirib: “Azərbaycan və türk xalqları ortaq bir mədəniyyətin, taleyin daşıyıcılarıdır. Qarşıdakı illərdə bizim bir millət iki dövlət olmağımızın bütün yaxınlıqlarını Türkiyə və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi səviyyəsində saxlayacağıq. Bu qardaşlığı ifadə etmək üçün indi Bakıdayam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR