Bank Of Baku

Türkiyənin mədəniyyət və turizm naziri: “Ermənilərin Dağlıq Qarabağda mədəniyyət abidələrini məhv etməsi insanlıq baxımından da yolverilməzdir”

Türkiyənin mədəniyyət və turizm naziri: “Ermənilərin Dağlıq Qarabağda mədəniyyət abidələrini məhv etməsi insanlıq baxımından da yolverilməzdir”
# 28 sentyabr 2007 10:49 (UTC +04:00)
“Ermənilərin Dağlıq Qarabağda tarixi əsərlərin, mədəniyyət abidələrini məhv etməsi insanlıq baxımından da yolverilməzdir. Biz bu məsələdə Azərbaycanın hüquqlarını qorumaq üçün bütün beynəlxalq qurumlarda ona dəstək veririk və verəcəyik”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay işğal olunmuş Azərbaycan ərazilərində mədəniyyət abidələrinin ermənilər tərəfindən məhv edilməsinə münasibət bildirərkən deyib. Türkiyəli nazir mədəniyyət əsərlərinin hər hansı səbəbdən yox edilməsinə qarşı olduqlarını, ölkələrarası münasibətlərin savaşla deyil, anlayışla çözülməli olduğunu bildirib. O xatırladıb ki, beynəlxalq hüquq normaları və UNESCO-nun qərarları mədəni əsərlərin məhv edilməsini qadağan edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR