Bank Of Baku

Abutalıb Səmədov: “Azərbaycan musiqiçilərinin də xarici ölkə bəstəkarlarının hüquqlarını pozması ilə bağlı faktlar var”

Abutalıb Səmədov: “Azərbaycan musiqiçilərinin də xarici ölkə bəstəkarlarının hüquqlarını pozması ilə bağlı faktlar var”
# 28 sentyabr 2007 14:27 (UTC +04:00)
“Azərbaycan musiqilərinin xarici ölkə musiqiçiləri tərəfindən istifadə olunmasının qarşısını məhkəmə yolu ilə də almaq olar. Amma bu addımı konkret olaraq hüququ pozulmuş şəxs onun hüququnu pozan şəxsə qarşı atmalıdır”. APA-nın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin direktoru Abutalıb Səmədov deyib. Hər hansı dövləti məhkəməyə verməyin mümkün olmadığını bildirən direktor qeyd edib ki, Ermənistanla Azərbaycanın heç bir münasibətimizin olmadığını nəzərə aldıqda, bu məsələ bir qədər də çətinləşir: “Bəzən Azərbaycan musiqiçilərinin hüquqları elə səviyyədə pozurlar ki, konkret günahkarı tapmaq da olmur. Biz bu məsələlərlə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət etmişik və onların borcudur ki, bu məsələlərdə dövlətlərə kömək etsinlər. Biz də müəllif hüquqlarını pozan təşkilatlara mütəmadi olaraq məlumat veririk ki, səhvlərini düzəltsinlər. Azərbaycan musiqisi ilə bağlı belə problemlər daim dilə gətirilir, amma nəzərə almaq lazımdır ki, digər dövlətlərdə də eyni problemlər mövcuddur”. A. Səmədov onu da qeyd edib ki, Azərbaycan musiqiçilərinin də xarici ölkə bəstəkarlarının hüquqlarını pozması ilə bağlı faktlar var: “Bizim müğənnilər xüsusilə Türkiyə bəstəkarlarının əsərlərini geninə-boluna istifadə edirlər. Biz bəzən dözümsüzlük edirik, amma onlar bu faktlara kifayət qədər səbrlə yanaşırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR