Bank Of Baku

Azərbaycan Müəllif Hüquqları Agentliyi milli kataloq hazırlayır

Azərbaycan Müəllif Hüquqları Agentliyi milli kataloq hazırlayır
# 28 sentyabr 2007 14:33 (UTC +04:00)
Azərbaycan Müəllif Hüquqları Agentliyi milli folklor nümunələri və müəllif əsərlərindən ibarət kataloq hazırlayır. APA-nın məlumatına görə, bunu agentliyin direktoru Abutalıb Səmədov bildirib. Onun sözlərinə görə, artıq bir neçə müddətdir ki, bu proses başlayıb və yaxın zamanlarda başa çatdırılması nəzərdə tutulub. Agentlik rəhbəri belə bir kataloqun hazırlanmasının vacib olduğunu qeyd edib: “Çünki bir çox hallarda Azərbaycan musiqiləri, ədəbiyyat əsərləri xarici ölkələrdə yanlış olaraq təqdim olunur. Kataloqda həm folklor nümunələrinin, həm müəllif əsərlərini toplayırıq. Bunu kataloq halında hazırlayıb xaricə ölkələrə göndərəcəyik ki, sabah Azərbaycan müəllif əsərlərini və folklor nümunələrini istifadə edəndə bilsinlər ki, bizimdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR