Bank Of Baku

Fərhad Bədəlbəyli Gürcüstana səfər edib

Fərhad Bədəlbəyli Gürcüstana səfər edib
# 29 sentyabr 2007 08:49 (UTC +04:00)
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Gürcüstana səfər edib. Bu barədə APA-ya məlumat verən F.Bədəlbəyli deyib ki, səfərin məqsədi Gürcüstan Konservatoriyasının 90 illik yubileyi münasibəti ilə keçiriləcək konsert proqramında çıxış etməkdir: “Yubiley mərasimi sabah olacaq. Mən də həmin konsert üçün xüsusi proqram hazırlamışam”. BMA rektorunun sözlərinə görə, səfər çərçivəsində o, Gürcüstan Konservatoriyasının rəhbərliyi ilə qarşılıqlı əməkdaşlıqla bağlı danışıqlar aparacaq. F.Bədəlbəyli səfəri oktyabrın 1-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR