Bank Of Baku

Moldovada ortaq türk və qaqauz mədəniyyətinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Moldovada ortaq türk və qaqauz mədəniyyətinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
# 02 oktyabr 2007 09:36 (UTC +04:00)
Oktyabrın 6-10-da Moldovanın paytaxtı Kişinyov şəhərində ortaq türk və qaqauz mədəniyyətinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Aidə Paşayeva məlumat verib. Onun sözlərinə görə, konfransın ilk iki günü qaqauz maddi-mədəniyyət abidələri, qaqauz məskənləri ilə tanışlıq olacaq. Konfransda qaqauz, eləcə də digər türk xalqlarının dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı məruzələr dinləniləcək. Azərbaycan nümayəndələri Əli Şamil qaqauz folkloru, Elmira Məmmədova və Aidə Paşayeva Azərbaycan ədəbiyyatına həsr olunmuş məruzə ilə çıxış edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR