Bank Of Baku

Azərbaycan kulinarları Gürcüstanda keçiriləcək beynəlxalq kulinariya festivalında iştirak edəcək

Azərbaycan kulinarları Gürcüstanda keçiriləcək beynəlxalq kulinariya festivalında iştirak edəcək
# 03 oktyabr 2007 11:55 (UTC +04:00)
Azərbaycan kulinarları oktyabrın 24-dən 30-na kimi Gürcüstanda keçiriləcək beynəlxalq kulinariya festivalında iştirak edəcək. Bu barədə APA-ya Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov məlumat verib. Bu festivalda Tahir Əmiraslanov münsiflər heyətinin sədridir. Bununla yanaşı, cari ilin oktyabrın 20-də kulinarlarımız 4 ildir dünyada qeyd olunan Beynəlxalq Kulinariya Gününü qeyd edəcək. Tədbir Muğam Teatrında keçiriləcək. T. Əmiraslanov bildirib ki, tədbirdə Kulinariya Mərkəzinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətiriləcək: “Düzdür, bizim yerimiz yoxdur. Bütün materiallarımız zirzəmidədir. Bir müddət də orada qalsa, əlimizdə heç bir material qalamayacaq, hamısı çürüyüb gedəcək”. T. Əmriaslanovun sözlərinə görə, Kulinariya Mərkəzinə yer verilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi Nazirlər Kabinetinə müraciət edib. Mərkəz rəhbəri Bakıda bu zamana kimi Kulinariya Olimpiadasının keçirilməməsinin təqdirəlayiq hal olmadığını bildirib: “1999-cu ildə mərhum prezident Heydər Əliyev Gənclər Dövlət Proqramında Bakıda kulinariya olimpiadalarının keçirilməsinə göstəriş verib. Ancaq 8 il keçməsinə baxmayaraq, bu sahədə heç bir addım atılmayıb. Bununla bağlı müvafiq orqanlara göndərdiyim müraciətlərdən toplu nəşr etmək olar”. T. Əmiraslanov bu planın həyata keçməsində əsas işin Maliyyə Nazirliyinin öhdəsinə düşdüyünü qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR