Bank Of Baku

Mərkəzi Sərgi Salonunda İTAR-TASS-ın fotoqraflarının sərgisi açılıb

Mərkəzi Sərgi Salonunda İTAR-TASS-ın fotoqraflarının sərgisi açılıb
# 03 oktyabr 2007 14:40 (UTC +04:00)
Bu gün Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda “Azərbaycanda Moskva mədəniyyəti günləri” çərçivəsində İTAR-TASS-ın fotoqraflarının sərgisi açılıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgidə 10 fotoqrafın Moskvanı əks etdirən 70 foto əsərinin nümayiş olunduğunu deyib. Nazir bildirib ki, bu cür tədbirlərin keçirilməsi iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün çox vacib addımdır: “Qeyd etmək lazımdır ki, bu əlaqələr heç zaman kəsilməyib. Rusiyanın yaradıcı kollektivləri, şəxsiyyətləri daim Azərbaycana gələrək burada müxtəlif səpgili tədbirlər keçirirlər”.
Qeyd edək ki, bu gün Bakıya səfər edən Moskva nümayəndə heyətinin tərkibində Moskva şəhər merinin müavini Lyudmilla Şevtsova və Moskva Mədəniyyət Departamentinin rəhbəri Sergey Xudyakov da var. Bu gün axşam isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Moskva Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR