Bank Of Baku

“Azərbaycanda Moskva mədəniyyəti günləri”nin təntənəli açılış mərasimi keçirilib

“Azərbaycanda Moskva mədəniyyəti günləri”nin təntənəli açılış mərasimi keçirilib
# 03 oktyabr 2007 17:00 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Moskva şəhər merinin müavini Lyudmilla Şevtsova çıxış edərək, iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinin zəruriliyini vurğulayıblar. Onlar siyasi əlaqələrin mədəni əlaqələr üzərində bərqərar olduğunu vurğulayaraq, Azərbaycanla Rusiya arasında qurulan mehriban münasibətlərə görə prezidentlər İlham Əliyev və Vladimir Putinə təşəkkürlərini bildiriblər. Bundan başqa, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva Mədəniyyət Departamentinin rəhbəri Sergey Xudyakov, gənclər və idman naziri Azad Rəhimov çıxış ediblər. Daha sonra tədbir Moskva incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR