Bank Of Baku

Noyabrda Səudiyyə Ərəbistanında Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Noyabrda Səudiyyə Ərəbistanında Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 04 oktyabr 2007 08:30 (UTC +04:00)
Noyabrın 3-9-da Səudiyyə Ərəbistanında Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirlərlə əlaqədar Azərbaycandan rəssamlar, aktyorlar və digər incəsənət xadimlərindən təşkil olunmuş nümayəndə heyətinin bu ölkəyə səfəri nəzərdə tutulub. Səudiyyə Ərəbistanında həmçinin Dağlıq Qarabağ münaqişəsini əks etdirən fotosərgi və rəssamlarımızın əl işlərindən ibarət sərgi də açılacaq. Azərbaycan teatrlarının kollektivləri bu ölkədə xüsusi tamaşalarla çıxış edəcəklər. Gələn il isə Azərbaycanda Səudiyyə Ərəbistanı Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR