Bank Of Baku

Azərbaycan-İraq Mədəni Əlaqələr Mərkəzi yaranıb

Azərbaycan-İraq Mədəni Əlaqələr Mərkəzi yaranıb
# 05 oktyabr 2007 13:15 (UTC +04:00)
Azərbaycan-İraq Mədəni Əlaqələr Mərkəzi yaranıb. APA-nın məlumatına görə, bu gün mərkəzin təqdimat mərasimi keçirilib. Mərkəzin rəhbəri Tahirə Məmmədova bildirib ki, məqsədləri Azərbaycan və İraq xalqları arasında dostluq və mədəni əlaqələrin qurulması və inkişaf etdirilməsi, qarşılıqlı təbliğat işlərinin təşkilindən ibarətdir. Bu məqsədlərə çatmaq üçün mərkəz xalqlar arasında ümumdünya sülh proseslərinə yardımçı olacaq, ümumbəşəri dəyərlərin təbliği və vətəndaş cəmiyyətinin hər iki ölkədə bərqərar olmasına xidmət edəcək, xalqlar arasında sülhpərvər fikirləri və mənəvi dəyərləri təbliğ etmək, hər iki ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsi və təbliğ edilməsinə, Azərbaycan vətəndaşlarının İraq tarixi və mədəniyyəti ilə, iraqlıların isə Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmasına, Azərbaycan və İraq arasında mədəniyyət, təhsil, səhiyyə sahələrində qarşılıqlı təcrübə mübadiləsinə nail olmasına çalışacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR