Bank Of Baku

Müəllif Hüquqları Agentliyinin direktor müavini: “Xudayat Həsənlinin tutduğu vəzifədən azad edilməsi qərarında qeyri-müəyyənlik var”

Müəllif Hüquqları Agentliyinin direktor müavini: “Xudayat Həsənlinin tutduğu vəzifədən azad edilməsi qərarında qeyri-müəyyənlik var”
# 08 oktyabr 2007 09:21 (UTC +04:00)
“Agentliyin hüquq şöbəsinin müdiri Xudayat Həsənlinin tutduğu vəzifədən azad edilməsi qərarında bir qeyri-müəyyənlik var. Mənim üçün də bəzi qaranlıq məqamlar var ki, hazırda bu məsələlər araşdırılır. Bu məsələ Prezident Aparatının da nəzarətindədir, agentliyin rəhbərliyi də məsələni araşdırır”. Bunu APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin direktor müavini Oqtay Səmədov deyib. O. Səmədov bildirib ki, X. Həsənlinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı agentliyin direktoru Abutalıb Səmədov əmr imzalayıb və bu əmrin surəti artıq ona təqdim olunub. Məsələ ilə bağlı oktyabrın 5-də iclas da keçirilib və hazırda bu məsələ yenə araşdırılır.
Qeyd edək ki, A. Səmədovun imzaladığı əmrdə X. Həsənli vəzifəsini yerinə yetirə bilmədiyinə və “Dövlət qulluğu haqqında” qanunu pozduğuna görə tutduğu vəzifədən azad olunduğu göstərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR