Bank Of Baku

Oktyabrın 21-də Azərbaycanda Mövlanə Cəlaləddin Rumi Günləri çərçivəsində tədbirlərə start veriləcək

Oktyabrın 21-də Azərbaycanda Mövlanə Cəlaləddin Rumi Günləri çərçivəsində tədbirlərə start veriləcək
# 08 oktyabr 2007 15:20 (UTC +04:00)
21-25 oktyabrda böyük şair və mütəfəkkir Cəlaləddin Ruminin 800 illiyi münasibəti ilə Azərbaycanda Mövlanə Cəlaləddin Rumi Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Konya Böyükşəhər Bələdiyyəsi, Rəssamlar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “NAB Qrup”un təşkilatçılığı ilə silsilə tədbirlər keçiriləcək. Təşkilat komitəsindən APA-ya verilən məlumata görə, layihənin əsas təşkilatçısı əməkdar incəsənət xadimi, professor Tofiq İsmayılovdur. Açılış günü Bakı İncəsənət Mərkəzində və Müasir İncəsənət Mərkəzində İran və Türkiyədən dəvət olunmuş rəssamların əsərlərinin sərgisi və Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında təntənəli mərasim keçiriləcək. Açılış gecəsində Mövlanə ənənələrinə uyğun olaraq, Konya Böyükşəhər Bələdiyyəsinin “Səma qrupu”nun ifasında “Səma göstərisi” olacaq. “Səma qrupu”nun göstəriləri Azərbaycanın müxtəlif bölgələrinə də təşkil ediləcək. Bundan əlavə, Konyadan və İrandan gəlmiş ney ustaları və digər musiqiçilərin konsertlərinin keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin Azərbaycana gələn dünya alimlərinin simpoziumu olacaq və Akademik Opera və Balet Teatrında İran xoreoqrafiya qrupunun “Oyanan eşq” adlı kompozisiyası nümayiş ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR