Bank Of Baku

İranla Azərbaycan arasında mədəni irsin qorunması sahəsində qarşılıqlı əməkdaşlıq sazişi imzalanacaq

İranla Azərbaycan arasında mədəni irsin qorunması sahəsində qarşılıqlı əməkdaşlıq sazişi imzalanacaq
# 09 oktyabr 2007 09:46 (UTC +04:00)
İran İslam Respublikası ilə Azərbaycan arasında mədəni irsin qorunması sahəsində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, qarşılıqlı əməkdaşlıq etmək haqqında Ə. Qarayevin İrana səfəri zamanı qərara alınıb: “Bu yaxınlarda İranda səfərdə olduğum zaman İranın Mədəni İrs və Turizm Təşkilatının sədri, hökumətin vitse-prezidenti ilə görüşümüz olub. Səfər zamanı Azərbaycanla İran arasında ilin sonuna qədər mədəni irsin qorunması sahəsində qarşılıqlı əməkdaşlıq sazişinin imzalanması həyata keçiriləcək. Ondan sonra biz daha önəmli layihələri birgə həyata keçirəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR