Bank Of Baku

Oqtay Səmədov: “Mən sədr müaviniyəm, şöbəyə verdiyim göstərişlər sədrin tapşırığı olub”

Oqtay Səmədov: “Mən sədr müaviniyəm, şöbəyə verdiyim göstərişlər sədrin tapşırığı olub”
# 11 oktyabr 2007 13:37 (UTC +04:00)
“Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin sabiq müdiri Xudayat Həsənlinin işçilərlə kobud surətdə dövlət qulluqçusuna, etik qaydalara uyğun olmayan şəkildə davranışı, şöbədə və agentlikdə intriqa yaratması, normal iş rejimini pozması barədə şöbənin ayrı-ayrı işçiləri tərəfindən dəfələrlə rəhbərliyə müraciət olunub. Şöbədə bu məsələlərin araşdırılması və nəzarət sədr müavini Oqtay Səmədova tapşırılıb, bundan sonra isə vəziyyət kəskin şəkildə pisləşib”. APA-nın xəbərinə görə, bu fikirlər Müəllif Hüquqları Agentliyinin “Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin bir qrup əməkdaşının Oqtay Səmədovun mətbuatda “Xudayat Həsənlinin tutduğu vəzifədən azad edilməsi qərarında qeyri-müəyyənlik var” deməsinə etiraz məktubunda yer alıb.
Məsələ ilə bağlı APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədr müavini Oqtay Səmədov bildirib ki, bütün tapşırıqları sədrin göstərişi ilə edib: “Şöbələrdə olan bütün söz-söhbəti mən sədrlə məsləhətləşmişəm. Sədr nə məsləhət görübsə, mən də kollektivə, həmin şöbənin işçilərinə onu demişəm. Mən sədr müaviniyəm, şöbəyə verdiyim göstərişlər sədrin tapşırığı olub”. Qeyd edək ki, O. Səmədovun dediyinə görə, Xudayat Həsənlinin şikayəti əsasında Müəllif Hüquqları Agentliyində aparılan yoxlamalar artıq başa çatıb, nəticələr haqqında hələ heç bir məlumat verilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR