Bank Of Baku

Çin Sirkinin biletləri 4-10 manat arasındadır

Çin Sirkinin biletləri 4-10 manat arasındadır
# 12 oktyabr 2007 08:54 (UTC +04:00)
Oktyabrın 20-dən Bakı Dövlət Sirkində “Qızıl şir əfsanəsi” adlı proqramla çıxış edəcək. Çin Sirkinin biletləri 4-10 manat arasındadır. Bu barədə APA-ya sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov məlumat verib. O bildirib ki, Çin Sirkinin Bakıya dəvəti çoxsaylı tamaşaçıların müraciəti əsasında baş tutub. Bakıya sirkinin 35 nəfərdən ibarət heyəti gələcək. M.Hüməbotoun sözlərinə görə, sirk proqramına dünyanın ən məşhur akrabatlarının və ustalarının ifasında bri sıra nömrələri daxil edib: “Proqramın bahalı olmasına baxmayaraq, biz alıcılarımızın maddi durumunu nəzərə aldıq. Bu proqramın da qiymətini digərləri kimi eyniləşdirmişik. Gün ərzində 2 proqram nümayiş etdirləcək. Uşçaqlarınm tətil günlərində isə proqram 3 dəfə göstəriləcək”. Proqramın sayının artırılacağını da istisna etməyən M.Hümbətov bunun tamaşaçılardan asılı olduğunu qeyd edib. Qonaqlar Bakıya proqram başlamamıışdan bir neçə gün öncə gələcək və çin sirk ustalarının iştirakı ilə Bakı Dövlət Sirkində mətbuat konfrnası keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR