Bank Of Baku

Sabah Bakıda V Uluslararası Folklor Konfransının açılış mərasimi keçiriləcək

Sabah Bakıda V Uluslararası Folklor Konfransının açılış mərasimi keçiriləcək
# 16 oktyabr 2007 09:43 (UTC +04:00)
“Azərbaycanda sabahdan başlayan “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı V Uluslararası Folklor Konfransı bütün türk dünyasını, eləcə də dünyanın tanınmış türkoloq və şərqşünaslarını bir araya gətirəcək. Bütün türk dünyasının bu gün belə birliyə ehtiyacı var. Biz bir-birimizi daha yaxından tanımalıyıq ki, gücümüzü, səylərimizi birləşdirə bilək. Türk tarixinin dünəni və bu günü ilə bağlı ən aktual məsələlərin müzakirə olunacağı V Uluslararası Folklor Konfransında iştirak etmək üçün alimlərin bir qismi artıq Azərbaycana gəlib”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, professor Hüseyn İsmayılov verib. O bildirib ki, konfransın məruzələrinin yer aldığı 750 səhifəlik toplu artıq işıq üzü görüb. Nəşrin konfrans iştirakçılarına paylanması nəzərdə tutulub. Qeyd edək ki, sabah Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarətdən sonra V Uluslararası Folklor Konfransının AMEA-nın dairəvi iclas salonunda açılış mərasimi keçiriləcək. Günün ikinci yarısından isə AMEA-nın Folklor İnstitutunda və AMEA-nın Mərdəkan dendrarisində konfransın iclasları başlayacaq. Üç gün davam edəcək konfransın 11 iclasının keçirilməsi nəzərdə tutulub. Oktyabrın 19-da keçiriləcək bağlanış mərasimindən sonra da bir sıra tədbirlər planlaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR