Bank Of Baku

Tacikistan mədəniyyət nazirinin rəhbərlik etdiyi 90 nəfərlik nümayəndə heyəti Azərbaycana gəlib

Tacikistan mədəniyyət nazirinin rəhbərlik etdiyi 90 nəfərlik nümayəndə heyəti Azərbaycana gəlib
# 17 oktyabr 2007 10:42 (UTC +04:00)
Bu gün Bakıda başlayacaq Tacikistan Mədəniyyət Günlərində iştirak etmək üçün Tacikistanın mədəniyyət naziri Mirzəşoxrux Asrorinin rəhbərlik etdiyi 90 nəfərlik nümayəndə heyəti Azərbaycana gəlib. APA-nın məlumatına görə, qonaqlar Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüblər. Ə. Qarayev iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinin, mədəniyyətlə yanaşı digər sahələrdə də əməkdaşlığın vacibliyini vuğrulayıb: “İki ölkə arasında tuzim əlaqələrinin gücləndirilməsi üçün də layihələr həyata keçiriləcək”. M. Asrori isə Bakıda keçiriləcək Tacikistan Mədəniyyət Günlərinin proqramının zənginliyindən danışıb: “Ümidvarıq ki, iki ölkə arasında mədəni əlaqələr bununla bitməyəcək. Biz Azərbaycanda musiqi üzrə kadr yetişdirmək istəyirik”. Qonaq Tacikistan orta məktəblərində Azərbaycan ədəbiyyatının, əsasən də Nizami Gəncəvinin yaradıcılığının öyrənildiyini deyib. O, Tacikistan Mədəniyyət Günlərinin oktyabrın 21-nə kimi davam edəcəyini söyləyib.
Qeyd edək ki, bu gün axşam M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Tacikistan Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi keçiriləcək. Daha sonra tədbirlər oktyabrın 18-də Ağsu, oktyabrın 19-da Gəncə, 20-də isə Yevlaxda davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR