Bank Of Baku

Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 17 oktyabr 2007 10:56 (UTC +04:00)
2008-ci ilin ilk aylarında Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, hazırda mədəniyyət günləri çərçivəsində nümayiş olunacaq tədbirlərin proqramı müəyyənləşdirilir: “Tacikistanda keçiriləcək Azərbaycan Mədəniyyət Günlərində muğam ustalarının konsertləri təşkil olunacaq. Bununla yanaşı, dövlət teatrların kollektivləri yeni tamaşalarla çıxış edəcəklər”. Nazirin sözlərinə görə, Tacikistanda keçirilməsi nəzərdə tutulan Azərbaycan Mədəniyyət Günlərinin vaxtı hələ müəyyənləşməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR