Bank Of Baku

Rusiyanın Kino Arxivindən Cəfər Cabbarlıya məxsus arxiv materialları Dövlət Film Fonduna təqdim olunub

Rusiyanın Kino Arxivindən Cəfər Cabbarlıya məxsus arxiv materialları Dövlət Film Fonduna təqdim olunub
# 17 oktyabr 2007 11:37 (UTC +04:00)
Rusiyanın Kino Arxivindən görkəmli dramaturq Cəfər Cabbarlıya məxsus arxiv materialları Dövlət Film Fonduna təqdim olunub. Bu barədə APA-ya Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. O bildirib ki, şəxsi arxiv materiallarında dramaturqun həyat yoldaşı Sona Cabbarlının təsvirləri də var. Bununla yanaşı, Rusiya Kino Arxivinin rəhbərliyi Bakı Türk Teatrı və Azərbaycanın görkəmli teatr xadimləri ilə bağlı arxiv materialları Dövlət Film Fonduna təqdim edib. C.Quliyevin sözlərinə görə, yaxın vaxtlarda Gürcüstan Kino Arxivindən Azərbaycan kino və teatrı ilə bağlı arxiv materialları, lent yazıları və filmlər Dövlət Film Fonduna təqdim olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR