Bank Of Baku

Bakıda Çarli Çaplinin vəfatının 30-cu ildönümü qeyd olunacaq

Bakıda Çarli Çaplinin vəfatının 30-cu ildönümü qeyd olunacaq
# 17 oktyabr 2007 12:10 (UTC +04:00)
Böyük Britaniya Kino Muzeyinin təşəbbüsü ilə Bakıda Çarli Çaplinin vəfatının 30-cu ildönümü qeyd olunacaq. Bu barədə APA-ya məlumat verən Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib ki, tədbir noyabrın ilk ongünlüyündə Muzey Mərkəzində keçiriləcək. Tədbirdə Çarli Çaplinin baş rolu canlandırdığı və ekranlarda çox az göstərilmiş “Müsyö Verdu” bədii filmi nümayiş olunacaq. Əməkdar incəsənət xadimi Ayaz Salayevin aparıcılıq edəcəyi mərasimdə Çaplin haqqında hazırlanmış video çarx da göstəriləcək. Muzeyin foyesində isə tanınmış gülüş ustasının həyat və yaradıcılığını əks etdirən foto sərgi təşkil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR