Bank Of Baku

Oktyabrın 21-də Azərbaycanda Mövlana Cəlaləddin Rumi Günlərinə start veriləcək

Oktyabrın 21-də Azərbaycanda Mövlana Cəlaləddin Rumi Günlərinə start veriləcək
# 17 oktyabr 2007 13:05 (UTC +04:00)
Oktyabrın 21-də Mədəniyyət və Turizm Nazirliyi, Konya Böyükşəhər Bələdiyyəsi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “NAB Qrup”un təşkilatçılığı ilə Azərbaycanda Mövlana Cəlaləddin Rumi Günləri tədbirlərinə start veriləcək. APA-nın məlumatına görə, bu gün Bakıda adı çəkilən tədbirə həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə layihənin əsas təşkilatçısı, kinorejissor Tofiq İsmayılov açaraq, böyük mütəfəkkirin 800 illiyinə həsr olunmuş bu günlərin təşkilinin Azərbaycan mədəniyyəti üçün əhəmiyyətli olduğunu bildirib. İrandan dəvət olunmuş məşhur fotoreportyor Reza Deqqəti, şair Vaqif Bəhmənli, AYB-nin katibi Arif Əmrahoğlu çıxış edərək, Rumi irsinin təbliğinin insanlığa bir töhfə olduğunu, bu günlər çərçivəsində nəzərdə tutulan silsilə tədbirlərin zənginliyini bir daha vurğulayıblar. Qeyd edək ki, Azərbaycanda Cəlaləddin Rumi günləri oktyabrın 19-da başlayacaq. Öncə tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə gələn Konya Böyük Şəhər Bələdiyyəsinin böyük nümayəndə heyətinin və digər qonaqların qəbulu, oktyabrın 21-də isə Azərbaycan, İran, Türkiyə rəssamlarının əsərlərindən ibarət üç sərginin təşkili nəzərdə tutulub. Oktyabrın 22-də Azərbaycanda Atatürk Mərkəzində elmi simpoziumun və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında açılış mərasiminin keçirilməsi planlaşdırılıb. C. Ruminin yaradıcılığına həsr olunan, AMEA-nın müxbir üzvü Rafael Hüseynovun ssenarisi əsasında Tofiq İsmayılovun çəkdiyi “Gəl” filmi də bu günlər çərçivəsində tamaşaçılara təqdim olunacaq. Bundan başqa iki hissəli “Şer və musiqi gecəsi”, İrandan gələn xoreoqrafiya qrupunun “Oyanan eşq” adlı kompozisiyasının nümayişi planlaşdırılıb. “Azərbaycanda Mövlana Cəlaləddin Rumi Günləri tədbiri oktyabrın 25-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR