Bank Of Baku

Sabah dünya şöhrətli tenor Xose Karreras Bakıya gələcək

Sabah dünya şöhrətli tenor Xose Karreras Bakıya gələcək
# 17 oktyabr 2007 15:42 (UTC +04:00)
Oktyabrın 18-də səhər dünya şöhrətli tenor Xose Karreras Bakıya gələcək. Bu barədə APA-ya konsertin təşkilatçısı “İtal-dizayn” şirkətinin reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fərəh Qurbanova məlumat verib. O bildirib ki, X. Karreras Bakıya şəxsi təyyarəsi ilə gələcək. Səfər çərçivəsində tenor oktyabrın 19-da əvvəlcə 28 May küçəsi-5 ünvanında yerləşən “Chopard” mağazasının açılışında iştirak edəcək. Həmin gün “Hyatt Regency” otelində X. Karrerasın iştirakı ilə mətbuat konfransı da keçiriləcək. Oktyabrın 20-də axşam saatlarında tenor Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solo-konsert proqramı ilə çıxış edəcək. Konsertdə “Chopard”ın yüksək zərgərlik kolleksiyasının nümayişi və kokteyl nəzərdə tutulub. Oktyabrın 21-də isə X. Karreras Bakı ilə tanış olacaq. Tenor Bakı səfərini oktyabrın 22-də yekunlaşdıracaq. Qeyd edək ki, konsertin biletləri 80, 300, 400 və 500 manat təşkil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR