Bank Of Baku

“Eurovision” yarışmasında Azərbaycanı təmsil edəcək sənətçinin adı yaxın günlərdə açıqlanacaq

“Eurovision” yarışmasında Azərbaycanı təmsil edəcək sənətçinin adı yaxın günlərdə açıqlanacaq
# 17 oktyabr 2007 17:06 (UTC +04:00)
“2008-ci ildə Azərbaycanın “Eurovision” müsabiqəsində iştirak edəcəyi artıq təsdiqlənib. Əminəm ki, bir neçə ictimai və dövlət qurumları tərəfindən hazırda Bakıda aparılan seçim turlarının nəticəsi uğurlu olacaq. Yaxın vaxtlarda Azərbaycanı bu yarışmada kimin təmsil edəcəyi məlum olacaq”. APA-nın məlumatına görə, bu fikirlərin müəllifi olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan təmsilçisinin ilk dəfə qatıldığı bu müsabiqədə hansı nəticələr əldə etməsinə dair proqnoz irəli sürməkdən imtina edib: “Əsas məsələ Azərbaycanın bu nüfuzlu müsabiqədə iştirakıdır”. Nazir, həmçinin Azərbaycan təmsilçisinin bütün ölkələr tərəfindən birmənalı qəbul edilməyəcəyini bildirərək mütəxəssislərin seçim turunda düzgün qərar qəbul edəcəyinə inandığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR