Bank Of Baku

Hüseyn Arif Mədəniyyət Fondu yaradılıb

Hüseyn Arif Mədəniyyət Fondu yaradılıb
# 18 oktyabr 2007 15:51 (UTC +04:00)
Azərbaycanın mərhum xalq şairi Hüseyn Arifin xatirəsini əbədiləşdirmək məqsədilə Hüseyn Arif Mədəniyyət Fondu yaradılıb. Bu barədə APA-ya fondun təsisçisi Səhər Hüseynzadə məlumat verib. O bildirib ki, fond 15 il öncə dünyasını dəyişən şairin ədəbi irsini yaşatmaq və təbliğ etmək məqsədilə təsis olunub. Hüseyn Arifin latın qrafikası ilə bir kitabının işıq üzü gördüyünü deyən S. Hüseynzadə şairin 85 illiyi ərəfəsində kitablarının yeni nəşrinin nəzərdə tutulduğunu bildirib. Hüseyn Arif Mədəniyyət Fondu eyni zamanda imkansız şair və yazıçılara, elm və ədəbiyyat xadimlərinə yardım göstərməyi planlaşdırır. Şairin Ağstafanın Yenigün kənd qəbiristanlığındakı məzarı vəfatının 15 illiyi ilə əlaqədar bərpa olunub və qəbirüstü abidə kompleksi götürülüb. Abidə kompleksinin müəllifi heykəltəraş Ehtiram Xəlilovdur. Bu günlərdə həmçinin Hüseyn Arifin Ağstafadakı ev muzeyində şairin şəcərə ağacı yaradılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR