Bank Of Baku

Əbülfəs Qarayev Xaçmazda kollegiya iclası keçirib

Əbülfəs Qarayev Xaçmazda kollegiya iclası keçirib
# 19 oktyabr 2007 10:33 (UTC +04:00)
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmaz şəhərində nazirliyin Xızı, Siyəzən, Dəvəçi, Quba və Qusar rayonlarındakı şöbələrinin rəhbərləri və icra hakimiyyətləri başçılarının iştirakı ilə geniş kollegiya iclası keçirib. Xaçmaz rayon İcra Hakimiyyətindən APA-nın şimal bürosuna verilən xəbərə görə, tədbirdə çıxış edən nazir əyalətlərdə mədəniyyət və turizm obyektlərinin vəziyyətinə toxunub. O, ölkə başçısının tapşırığı ilə Qusarda və Dəvəçidə yeni turizm layihələrinin həyata keçirilməsi, mədəniyyət ocaqlarında çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışıb. Kollegiya iclasında ölkədəki mədəniyyət və turizm obyektlərinin durumundan bəhs edən sənədli film də nümayiş etdirilib. Bu gün Əbülfəs Qarayev şimal bölgəsindəki digər rayonlara da baş çəkəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR