Bank Of Baku

Azərbaycanda keçirilən “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı V Uluslararası Folklor Konfransı başa çatıb

Azərbaycanda keçirilən “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı V Uluslararası Folklor Konfransı başa çatıb
# 19 oktyabr 2007 14:48 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə oktyabrın 17-də başlayan “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı V Uluslararası Folklor Konfransı bu gün işini yekunlaşdırıb. APA-nın xəbərinə görə, konfrans çərçivəsində öncə professor Qəzənfər Paşayevin 70 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə filologiya elmləri doktoru Hüseyn İsmayılov, filologiya elmləri namizədləri Seyfəddin Rzasoy və Afaq Xürrəmqızı çıxış edərək, Q. Paşayevin həyat və yaradıcılığı barəsində geniş məlumat veriblər. Tədbirdən sonra AMEA-nın Folklor İnstitutu ilə Türkiyə Cümhuriyyəti Hüseyn Qazi Kültür Sənət Vakfının birgə keçirdiyi “Seyid Nəsimi” simpoziumunun materialları əsasında hazırlanan “Seyid İmadəddin Nəsimi” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Qazi Kültür Sənət Vakfının başqanı növbəti simpoziumun Məhəmməd Füzuliyə həsr olunacağını və bu böyük toplantının 2008-ci ilin iyununda keçiriləcəyini bildirib. Bu gün həmçinin Azərbaycan folkloru antologiyasının “Dərbənd folkloru” cildinin təqdimat mərasimi keçirilib. Bununla da V Uluslararası Folklor Konfransı işini yekunlaşdırıb. Bağlanış mərasimində AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov çıxış edərək, üçgünlük folklor bayramında türk xalqlarının təmsilçiləri və tədqiqatçılarının bir araya gəldiyini, bir sıra məsələlərlə bağlı mühüm fikir mübadiləsi aparıldığını bildirib. Sonda nümayəndələrə yenicə işıq üzü görən konfrans materiallarının toplusu təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR