Bank Of Baku

Bakıda Beynəlxalq Kulinariya Gününə həsr olunmuş tədbir keçirilib

Bakıda Beynəlxalq Kulinariya Gününə həsr olunmuş tədbir keçirilib
# 20 oktyabr 2007 11:26 (UTC +04:00)
Bu gün Bakıda Muğam Teatrında Beynəlxalq Kulinariya Günü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Mərkəzinin birgə təşkil etdiyi tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kulinarları bu gün münasibətilə təbrik edib: “Azərbaycan bir neçə ildir ki, Ermənistanla atəşkəs rejimində olsa da, ideoloji müharibə hələ də davam edir və onlar artıq bizim milli mətbəximizə də sahib çıxmağa çalışır. Ancaq Milli Kulinariya Mərkəzi bu yolda daim öz əlindən gələni edir ki, ermənilər bizim mətbəximizə sahib çıxa bilməsin. Mərkəz bunu bir neçə dəfə beynəlxalq yarışlarda qalib gələrək və milli mətbəximizi dünyaya tanıdaraq həyata keçirir. Bu il ilk dəfə olaraq keçirilən bu günün Azərbaycanda hər il bu cür möhtəşəm şəkildə qeyd edilməsini təqdirəlayiq hesab edirəm”.
Tədbirdə çıxış edən Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bu gün həm də usta aşpaz Şahhüseyn Kərimovun 60 illik yubileyi olduğunu deyib: “Bu il Beynəlxalq Kulinariya Günü ilk dəfə Azərbaycanda rəsmi şəkildə qeyd olunur”.
Tədbirin sonunda Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Kulinariya Assosiasiyasının prezidenti T.Əmiraslanova və aşpaz Ş.Kərimova pul mükafatı təqdim edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR